“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
22 Aprel 2021 10:31
1 967
COVID-19 pandemiyasının əvvəlindən dünyada istehlakçılar 5,4 trln. ABŞ dollarına yaxın ehtiyat vəsaiti toplaya biliblər.
"APA-Economics"in verdiyi məlumata görə, bu qənaətə "Moody's" reytinq agentliyinin analitikləri gəliblər.
Bildirilir ki, yığılmış ehtiyatların heç olmasa 1,8 trln. dolları xərclənsə, bu, qlobal ÜDM-in artım tempinə 2 faiz bəndi əlavə edə bilər. "Moody's"ə görə, COVID-19-a qarşı vaksinasiya fonunda qlobal miqyasda istehlakçılarla birlikdə mərkəzi banklar və dövlətləri də bu il qlobal iqtisadiyyatda rekord bərpa qeydə alınacağına ümidlidirlər.
Reytinq agentliyinin baş analitiki Mark Zandi bildirib ki, dövlətlərin müdaxiləsi, iqtisadi qeyri-müəyyənlik və koronavirus məhdudiyyətləri səbəbindən müəssisələrin bağlanması istehlakçıları normadan artıq qənaətə sövq edib. O əlavə edib ki, əhəmiyyətli tələbat halında qənaət edilən vəsaitlər istehlakçıların qlobal miqyasda xərclərini artıracaq və burada kütləvi immunitetin yaranması da öz rolunu oynayacaq.
19 Sentyabr 12:36
826
18 Sentyabr 21:11
1 064
18 Sentyabr 20:03
1 148