“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
28 Aprel 2021 15:28
2 828
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan APA-ya bildirilib ki, agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, Z. Əliyeva küçəsində yerləşən, fiziki şəxs Baxşiyev Məhərrəm Tahir oğluna məxsus “Aura” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə son istifadə müddəti bitmiş alkoqolsuz içki, marmelad, duz, kərə yağı məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
19 Sentyabr 12:36
826
18 Sentyabr 21:11
1 064
18 Sentyabr 20:03
1 148