Azərbaycan və Aİ ölkələrinin beyin mərkəzləri ilə forum planlaşdırılır
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Bank əmanətçilərinin depozit gəlirləri 1.2 mlrd. manata yaxınlaşıb
Qaradağda 2 avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Avtomobil yollarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür
29 Aprel 2021 14:36
1 841
Keçmiş məhkumlar narkotiklə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş K.Ağayevin yaşadığı Astara şəhəri S.Vurğun küçəsindəki evə baxış zamanı oradan 1 kiloqram 385 qram heroin, 2 kiloqram 750 qram tiryək, 2 kiloqram 840 qram marixuana, 99 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Kral” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.
Bundan başqa, Suraxanı polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı orada 1 kiloqram 200 qram heroin, 3 kiloqram 361 qramdan artıq marixuana və 160 qrama yaxın həşiş aşkar edilib.