İsrailin Müdafiə naziri Qəzza əhalisini köçürməklə hədələyib Dünya

İsrailin Müdafiə naziri Qəzza əhalisini köçürməklə hədələyib

İsrail müdafiə naziri İsrael Katz iddia edir ki, radikal Fələstin hərəkatı HƏMAS israillilərin daha çox adam oğurluğu törətməyi planlaşdırır.

Xalqcebhesi.az -ın məlumatına görə, bununla əlaqədar nazir xəbərdarlıq edib ki, əgər ölkənin bir nəfər də olsun vətəndaşı girov götürülərsə, İsrail Qəzzanin 1 milyon sakinini köçürəcək, şəhər özü isə yerlə-yeksan ediləcək.

"Müxtəlif niyyətləri və kəşfiyyat məlumatlarını nəzərə alaraq, terror təşkilatına (HƏMAS) və onun İrandan tutmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qədər tərəfdarlarına xəbərdarlıq edirəm: əgər tək bir İsrail əsgəri və mülki şəxsi qaçırılarsa, bütün Qəzza şəhəri, onun bir milyon sakini cənuba təxliyə olunacaq", — deyə "The Times of Israel" xəbər verir ki, Kats 1973-cü il Yom Kippur (Qiyamət günü) müharibəsində həlak olan əsgərlərin xatirəsinə həsr olunmuş mərasimdə bildirib.

Nazir daha sonra Qəzzədəki "terror evləri və qüllələrini" məhv edəcəyi ilə hədələyib və aydınlaşdırıb ki, bu halda şəhəri 2023-cü ildən bəri hərbi əməliyyatlar zamanı İsrail ordusu tərəfindən tamamilə dağıdılmış Qəzza zolağının digər şəhərlərinin taleyi gözləyir. "Onlar (ehtimal edilən girovlar) qaytarılana qədər Rəfah, Beyt-Hanun və Qəzza zolağının 70%-i ilə necə rəftar olunubsa, elə də ediləcək", — deyə o əlavə edib. "Bu, Qəzza və Livandakı terrorçu cihadçı təşkilatların anladığı dildir və bizim danışdığımız dil də budur: əhalinin təxliyəsi, infrastrukturun dağıdılması və ərazinin ələ keçirilməsi", — deyə Katz vurğulayıb.

Məryəm Quliyeva