Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
29 Aprel 2021 15:11
1 232
“Hazırda Qubadlı rayonunun Xanlıq qəsəbəsinin yuxarı hissəsində yerləşən əkin sahələrinin mina və partlamamış sursatlardan təmizlənməsi üçün əməliyyat aparırıq”.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Cəlaləddin Əliyev bildirib.
C. Əliyev deyib ki, hazırda əməliyyat aparılan sahə 779 938 kvadrat metrdir: “Ərazidə 12 günə yaxındır ki, əməliyyatlar aparırıq. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Təmizləmə gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə tərəfimizdən təmizləndikdən sonra əkin işləri aparılacaq”.









