Avropa, Azərbaycandan nümunə götürməlidir Hadisə

Avropa, Azərbaycandan nümunə götürməlidir

Azərbaycanda insan hüquqlarının, beynəlxalq normaların aliliyi Avropanın əksər ölkələrindən daha yüksək səviyyədə qorunur. Azərbaycan polisi hətta icazəsiz keçirilən etiraz aksiya iştirakçıları ilə nəzakətli və təmkinli şəkildə davranıb, onların təhlükəsizliklərini qorumaqla yanaşı, qanun aliliyinə riayət edilməsi üçün bütün sivil imkanlardan istifadə edib. Radikallar icazəli mitinqdən imtina edərək qarşıdurma yolunu tutub, şəhərin mərkəzində ictimai asayişi pozmağa çalışmalarına baxmayaraq hər dəfə Azərbaycan polisi humanist davranaraq, düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində heç bir vasitədən istifadə etmədən təxribatın qarşısını alıb, sabitliyi bərpa edib.
Xatırladaq ki, dünən Fransanın paytaxtı Parisdə keçirilən 1 may aksiyasında 34 nəfər saxlanılıb. Polis gözyaşardıcı qaz tətbiq edib. Lionda nümayişçilərlə toqquşmalar nəticəsində 27 polis əməkdaşı zərər çəkib.
Belçikanın paytaxtı Brüsseldə keçirilən etirazlar aksiyalarında baş verən toqquşmalar nəticəsində 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 132 nəfər isə saxlanılıb. Yaralılar arasında hüquq-mühafizə orqanı əməkdaşları var. Böyük Britaniyanın paytaxtı Londonda isə təhlükəsizlik güclərinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasında 9 nəfər həbs olunub. Polis aksiya iştirakçılarına divan tutub.
Almaniyanın paytaxtı Berlində də 1 May nümayişlərində polislə qarşıdurma yartanıb, iştirak edən 240 nəfər saxlanılıb, ən azı 30 polis yaralanıb.
Həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. Polisin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı rəftarına göz yumulması "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğunun göstəricisidir. Özünü dünya demokratiyasının beşiyi hesab edən Avropada polisin aksiya, mitinq iştirakçılarına qarşı daha sərt reaksiya göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Polis aksiya iştirakçılarına 21-ci əsrin ən sərt tədbirlərini həyata keçirirb – gözyaşardıcı qazlardan, atlardan, itlərdən, su şlanqlarından, rezin güllələrdən istifadə edərək onları susdurub. Uzağa getməyək, Fransada ötən il baş verən və uzun müddət davam edən "Sarı jiletlilər" aksiyasında polisin nümayiş etdirdiyi sərtlik hətta bütün dünyanı heyrətə salmışdı. Həmin vaxt minlərlə aksiya iştirakçısı yaralanmış, həbs edilmişdi. Beynəlxalq təşkilatlar Avropada baş verənlərə susrlar, polis zorakılığı, vətəndaşların hüquq və azadlıqlarının kobud şəkildə pozulduğuna göz yumurlar. Amma Azərbaycanda polisin nəzakətlə hansısa radikalın təhlükəsizliyini qorumaq məqsədilə qolundan tutub kənara çəkməsi Avropanı tez “əndişələndirir.
Dünən London, Brüssel, Berlin, Parisdə keçirilən aksiyalarda polisin vətəndaşlarla davranışı Qərb “demokratiyası”na kölgə salıb. Bu da onu deməyə əsas verir ki, Avropada heç dəinsan hüqüu və azadlıqları qorunmur, ayaqlar altına atılıb. Azərbaycanda bir qrup radikalın icazəsiz aksiya cəhdi zamanı hakimiyyət orqanlarının davranışı isə Qərb tərəfindən ölkədə insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirilir. Halbuki, Azərbaycan polisinin davranışı sırf hüququn aliliyinin qorunmasına xidmət edib. Avropa ilə müqayisədə Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ yüksək formada təmin olunub. Azərbaycan polisi Avropadan fərqli olaraq vətəndaşının üstünə atla, itlə getməyib. Azərbaycan polisi icazəsiz aksiyalarda belə nümayiş etdirdiyi yüksək peşəkarlığa və qətiyyətə görə hər cür təqdirə layiqdir. Eyni zamanda Avropa polisinə, hökumətinə bir nümunə sayılmalıdır.
Onu da qeyd edək ki, son bir neçə ildə əksər Avropa ölkələrində irqçilik və diskriminasiya hiss olunacaq dərəcədə artıb. Təkcə Almaniyada son iki ildə 13 nəfər irqçi və siyasi motivli hücumun qurbanı olub. Keçən il Almaniyada yaşayan Türkiyə vətəndalarına qarşı irqçi hücumların sayıda 2019-cu illə müqayisədə 53,7 % artış qeydə alınıb. İrqçi hücuma məruz qalanların vətəndaşlıq mənsubiyyətinə görə Türkiyə vətəndaşları birinci yerdə durur. Belə ki, keçən il 389 Türkiyə vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb.Fransa, Danimarka və digər ölkələrdə məscidlərin yandırılması, islam dininin təhqir olunması faktları Avropa cəmiyyətlərində tolerantlıq, yəni dini, etnik dözümlülük əhəmiyyətini itirmək deməkdir. Tolerantlığı, dini dözümlülük və mədəni müxtəlifliyin qorunması, birgəyaşayış və multikulturalizm məsələsində də Avropa Azərbaycandan örnək götürməlidir.
Cavid