Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
İran səfiri: İsrail ABŞ-ni regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır
3 İyun 2021 18:16
4 004
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə video görüntüsü yayılıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy rayon polis şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy rayon prokurorluğuna göndərilib.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum etmişdir.
03 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.