“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
8 İyun 2021 11:37
2 072
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 8 iyun saat 23:59-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, qeydiyyat müddəti dünən axşam başa çatmalı idi.
Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
Qeyd olunan abituriyentlər günün sonunadək verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:
- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;
- subbakalavrlar;
- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;
- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.
18 Sentyabr 21:11
791
18 Sentyabr 20:03
882
18 Sentyabr 18:16
861