Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
9 İyun 2021 11:39
1 582
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 qram heroin aşkar edilib.
Davam etdirilən tədbirlələ onun Ramana qəsəbəsindəki yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.