Səyyar briqadalar vasitəsilə 53 min dozaya yaxın vaksin vurulub - VİDEO Hadisə

Səyyar briqadalar vasitəsilə 53 min dozaya yaxın vaksin vurulub - VİDEO

Ölkədə COVİD-19-a qarşı vaksinasiyaya maraq artmaqdadır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Elnarə Baxış deyib.

O qeyd edib ki, hazırda ölkədə 4 növ vaksindən istifadə olunur: "Bunlar "Pfizer", "Coronavac", "Sputnik V" və "Astrazeneca" vaksinləridir. Vətəndaşlar sistem üzərində qeydiyyatdan keçməklə peyvəndlənmədə iştirak edə bilərlər.

Bununla belə, aprel ayının 2-dən TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunub. Bu briqadaların təşkil edilməsində məqsəd tibb məntəqələrində sıxlığın qarşısının alınması və peyvəndlənmə prosesini sürətləndirməkdir. Bu vaxta qədər onlarla özəl və dövlət qurumlarından daxil olan müraciət əsasında səyyar briqadalar vasitəsilə peyvəndlənmə həyata keçirilib. Bu briqadalar vasitəsilə 52 min 826 doza vaksin vurulub. Onlardan 35 min 826-ı birinci doza, 16 min 902-i isə ikinci doza üzrə vurulub".