“Delta” ştammının Azərbaycanda olması labüddür”- Vaqif Qarayev Hadisə

“Delta” ştammının Azərbaycanda olması labüddür”- Vaqif Qarayev

“Dünyada Covid-19 infeksiyasının “Delta” ştammı yayılır. Ən pisi odur ki, qonşularımız Gürcüstan və Rusiyada vəziyyət ürəkaçan deyil”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında tanınmış həkim Vaqif Qarayev deyib. O, bildirib ki, bu iki ölkə ilə Azərbaycan arasında aviareyslər var: “Ona görə də bu ştammın Azərbaycana gəlmə ehtimalı həddindən artıq çoxdur. Amma hələlik “Delta” ştammının Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Bu ştammın əsas xüsusiyyətləri odur ki, daha çox gəncləri və uşaqları yoluxdurur. Müəyyən ehtimallar var, bəzi mütəxəssislər ölüm faizinin aşağı olduğunu, bəziləri isə bunun əksini söyləyirlər. Bütün hallarda demək olar ki, “Delta” ştammının Azərbaycanda olması labüddür”.
Hansı tədbirlərin görülməsinə gəlincə isə V.Qarayev “bunu hökumət bilir” - deyə vurğulayıb: “Amma bütün hallarda həm fərd, həm də toplum olaraq qorunmaq vacibdir. Düşünürəm ki, qorunmanın ən yaxşı yolu peyvəndlərdir. Təəssüf ki, peyvəndlənmə bizdə çox ləng gedir. Bildiyim qədər 2 dozanı alan vətəndaşlar bir milyon nəfərə yaxındır. Bu çox azdır. Bütün hallada peyvəndlənmə sürətləndirilməlidir”.

Əli Zülfüqaroğlu