“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
16 İyul 2021 17:01
3 101
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri narkotik aludəçisi olan azyaşlı ilə bağlı vəziyyəti nəzarətə götürüblər.
KomitədənAPA-ya verilən xəbərə görə, ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.
Məlumat verilib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub.
Qeyd edək ki, azyaşlının valideynləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib.
Narkotik aludəçisi olan valideynlər isə müayinə üçün Narkoloji Dispanserə göndərilib.
Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.