“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
29 İyul 2021 12:25
2 268
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 51 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib. Həmçinin 33 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1 119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.
Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.
19 Sentyabr 12:36
931
18 Sentyabr 21:11
1 120
18 Sentyabr 20:03
1 197