Bakıda minik avtomobili yanıb Hadisə

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobilinin idarəetmə lövhəsi, mühərrik hissəsi və təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.