Türkiyəli deputat: “Azərbaycanın peşəkar yanğınsöndürənləri ölkəmizə sonadək dəstək olacaqlarını bildirirlər” Hadisə

Türkiyəli deputat: “Azərbaycanın peşəkar yanğınsöndürənləri ölkəmizə sonadək dəstək olacaqlarını bildirirlər”

“Türkiyədə iyulun 28-dan başlayan, bu günədək davam edən yanğınları söndürmək üçün dövlətin və xalqın birliyi ilə bütün cəhdləri davam edir”.

Bunu APA-nın yerli bürosuna Türkyənin hakim Ədalət və İnkişaf Partiasyının (AK Partiya) İzmir millət vəkili Ceyda Bölünmez Çankırı bildirib.

Millət vəkili deyib ki, Türkiyənin yaşıllıq zolaqlarını qorumaq üçün dövlət bütün vasitələrini səfərbər etməklə böyük bir iradə nümayiş etdirir.

Yanğının ilk günündən Azərbaycnın Prezidenti İlham Əliyevin verdiyi təlimat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət qurupların Türkiyəyə göndərilməsinin bu səfərbərliyə güçlü dəstək verdiyini bildirən millət vəkili həmin qruplarla mütəmadi görüşdüyünü deyib: “Türkiyənin bu fəlakətlə mübarizəsinə əziz azərbaycanlı qardaşlarımızın yanğının ilk günündən dəstək verməsi danılmaz və unudulmazdır. Sevinci sevincimiz, kədəri kədərimiz olan əbədi dostumuz Azərbaycan bu davranışı ilə nəinki dərdimizi bölüşür, həm də yaralarımıza məlhəm olmaq üçün böyük fədakarlıqlar edir. Bu hadisələrdə Azərbaycanın yanğın-xilasetmə qruplarının peşəkar səviyyədə dəstəklərinin şahidi oldum. Onlar yanğın tamamilə sönənə qədər və hətta yeni bir dəstək qrupu gələnə qədər yanğın zonalarında qalacaqlarını bildirirlər. Bu, bizi çox qürurlandırır. Biz hər zaman "Bir millət - iki dövlət" deyirik. Bu cümlə sözdə deyil, əməldə, həm dövlət başçılarımız, həm də xalqlarımız tərəfindən bir daha sübut edilir”.