Azərbaycanda 3 107 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib Hadisə

Azərbaycanda 3 107 nəfər koronavirusa yoluxub, 39 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244.test aparılıb.