"Doing Business"in 2020-ci il hesabatında qərəzlilik və maraqlara xidmət müşahidə olundu - Deputat Hadisə

"Doing Business"in 2020-ci il hesabatında qərəzlilik və maraqlara xidmət müşahidə olundu - Deputat

Reytinqlərinin tərtib edilməsini və nəşrini rəsmən dayandıran "Doing Business" hesabatının reytinq sıralaması ölkələrdə biznes və investisya mühitinin əlvərişliliyi, o cümlədən, dünya iqtisadiyyatındakı mövcud vəziyyətin müəyyənləşdirilməsində böyük rol oynayırdı. Amma təəssüf ki, 2020-ci ilin reytinq hesabatının hazırlanmasında qərəzlilik və maraqlara xidmət müşahidə olundu.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bidirib ki, Dünya Bankının apardığı daxili və xarici audit sayəsində məlum olub ki, hesabatın hazırlanmasında dəiyşikliklərin edilməsinə Dünya Bankının keçmiş rəhəri Jim Yong Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Georgiyeva və reytinqin yaradıcılarından biri Simeon Dyankovun təzyiqləri olub: ""Doing Business"in araşdırması 2018 -ci ildə Çinin DB reytinqinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının reytinqinin qəsdən və səhv bir şəkildə yaxşılaşdığını və 2020-ci ildə Azərbaycanın reytinqinin qəsdən pisləşdirildiyini göstərdi.

Reytinq hesabatının Azərbaycanla bağlı bölməsində 2019-cu ilin avqust ayında "Doing Business 2020"nin hazırlanmasının müzakirəsi zamanı cənab Dyankov özbaşına bir sıra islahatların nəticələrini nəzərə almaqdan imtina edib. Təbii ki, bu, Azərbaycana qarşı qərəzli münasibətin göstəricisidir.

Amma təəssüf ki, xaricdə oturaraq "Doing Business" hesabatında nələr haqqında danışıldığından məlumatsız olan və radikal mövqedə duranlar burada da hakimiyyəti günahkar hesab edirlər. Qeyd edirlər ki, Azərbaycan guya ki, hesabatın hazırlanması üçün yalan məlumatlar vermişdir. Əvvəla, qeyd etmək istəyirəm ki, hesabatda Azərbaycanın mövqeyinin pisləşməsinin açıqlanmasında heç də təqdim olunmuş məlumatların yalan və düzgünlüyündən danışılmır. Əgər yalan məlumatlar təqdim olunaraq nəzərə alınsaydı, Azərbaycanın reytinqi Çinin, BƏƏ və Səhudiyyə Ərəbistanın reytinqləri kimi yaxşılaşardı.

Beynəlxalq Bankının cəlb etdiyi auditorlar müəyyən edib ki, "Doing Business" reytinqinin Azərbaycanla bağlı bölməsinin hazırlanmasında sadəcə qərəzli şəkildə ölkəmizdə aparılan islahatların dondurulduğunun iddia olunduğu qeyd edilir və başqa bir açıqlama verilməyib. Dünya Bankının açıqlanmasında radikal müxalifətin qeyd etdiyi kimi, Azərbaycan hakimiyyətinin hər hansı bir yalanından danışılmır. Əksinə, Azərbaycana qarşı saxtalaşdırma olub”.