AQTİ ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb Hadisə

AQTİ ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Anlaşma Memorandumu imzalanıb.

AQTİ-dən Trend-ə bildirilib ki, Memorandumda elmi-tədqiqat işlərinin, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin İnstitutda aparılan elmi-tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanış edilməsinin təşkili və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.