Rotterdamda şəhidlərin anım mərasimi keçirilib Hadisə

Rotterdamda şəhidlərin anım mərasimi keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Bak-dan verilən məlumata görə, anım mərasimi bir dəqiqəlik sükutla öz işinə başlayıb. Quran tilavəti və dualarla şəhidlərin ruhu yad edilib.
Mərasimdə iştirak edən qonaqlar öz çıxışları ilə Qarabağ torpaqlarının azad olunması tarixçəsinə nəzər salıblar. Tədbirdə Niderland Krallığında fəaliyyət göstərən türk və uyqur icmalarının nümayəndələridə iştirak ediblər. Azərbaycan əsgərinin şücaət və cəsarətini vurğulayan qonaqlar, eləcə də, turklərə və uyqurlara qarşı törədilən soyqırım barəsində danışıblar.
Mərasim BAK idarə heyətinin də çıxışları ilə davam edib.
Çıxış edən hər kəs Azərbaycan xalqının qəhrəmanlığı və vətənpərvərliyini dönə dönə vurğulayıb. Qəhrəmanlarımızın müharibədə göstərdikləri igidlik və fədailik hər kəsi qürurlandırır. Müharibənin başlanmasından bir il keçməsinə baxmayaraq qəlblər hələ də kovrək və həssasdır.
Şəhid və qazilər həmişə qəlblərdə yaşayacaq. Qələbəmizlə Azərbaycan xalqı həmişə yüksəklərdə olacaq.
Yaşasın, Azərbaycan!

Cavid