Qüdrət Həsənquliyev prokurorluq orqanlarının əməkdaşlarını təbrik edib Hadisə

Qüdrət Həsənquliyev prokurorluq orqanlarının əməkdaşlarını təbrik edib

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev prokurorluq orqanlarının əməkdaşlarını təbrik edib. Millıət vəkilinin bununla bağlı Baş Prokuror Kamran Əliyevə ünvanladığı məktibda deilir:

“Hörmətli Kamran müəllim,

Sizi və rəhbərlik etdiyiniz prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramınız münasibətilə təbrik edir, hər birinizə uğurlar və xoşbəxtlik arzu edirəm.

Azərbaycan hüquq mühafizə orqanları sistemində Prokururluğun həmişə xüsusi yerə və rola malik olub. 44 günlük Vətən Müharibəsi zamanı prokurorluğun əməkdaşları Sizin birbaşa iştirakınızla düşmənin törətdiyi müharibə cinayətləri üzrə zəruri sübutları toplayıblar və həmişə xalqın arasında yer alıblar.

Prokurorluq hər zaman şəxsiyyət və dövlət əleyhinə törədilən ağır və xüsusilə ağır cinayətlərə dair prinsipial mövqe sərgiləyib, ölkəmizdə sosial ədalətin, sabitlik və təhlükəsizliyin qorunmasına əhəmiyyətli tövhə verib.

Bu gün prokurorluq orqanlarında dövlət hakimiyyət orqanlarında yüksək vəzifə tutmuş şəxslərin iştirakı ilə törədilmiş ağır cinayət işləri istintaq olunmaqdadır. Ümid edirəm, iqtisadi həyatımızda bu tip cinayətləri doğuran səbəb və şərait öyrənilərək ümumiləşdiriləcək, təhlil olunacaq, bu sferada ictimai münasibətləri tənzimləyən qanunvericilik aktlalarında korrupsiyaya imkan verən boşluqların aradan qaldırılmasına, ictimai vəsaitlərdən səmərəli istifadəni təmin etmək məqsədilə qarşılıqlı nəzarət mexanizmlərinin yaradılmasını təmin edən siyasi, ictimai institutların yaradılmasına, insan hüquq və azadlıqlarının daha ciddi qorunmasına dair qanunvericilik təşəbbüsü hüququnuzdan istifadə edərək təkliflər verəcəksiniz.

Hörmətli Kamran müəllim!

Əminəm ki, həyatımızdakı, o cümlədən hüquqi sferadakı bəzi nöqsanlar və çatışmamazlıqlar xalqımızın sosial inkişaf səviyyəsinə bağlı olan məsələlərdir və zamanla aradan qalxacaqdır, amma ona da əminəm ki, cəmiyyətimizin mədəni səviyyəsi imkan verir ki, bəzi problemləri bu gün həll edib gələcək nəsillərə mədəni, hüququn aliliyinə söykənan modern dövlət qoyub gedək. Ona da inanıram ki, Siz peşəkarlığı və ziyalılığı ilə seçilən bir hüquqşünas kimi Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə başladılmış hüquqi islahatların dərinləşdirilməsinə və bizim həmin hədəflərə çatmağımıza şəxsi tövhənizi verəcəksiniz.

Sizləri bir daha peşə bayramınız münasibətilə təbrik edirəm!”