Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
6 Oktyabr 2021 12:54
2 394
Oktyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 50-60 % olacaq.
Oktyabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.
24 Dekabr 13:57
1 183
24 Dekabr 13:39
1 421
24 Dekabr 13:31
1 848