Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
Zaxarova: Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün əsaslı dialoq aparır
7 Oktyabr 2021 16:46
2 471
Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalara aid 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb.
2000-dən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib.
Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.