Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
“Zəngəzurda mövcud olan kilsələrin ermənilərə heç bir aidiyyatı yoxdur”
Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edildi
Azərbaycanlı alpinist Vəfa Musayevadan bəhs edən sənədli film təqdim edildi
Azərbaycanda erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?
8 Oktyabr 2021 14:35
2 576
Astarada qadın qadını qətlə yetirib.
Astara rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA