"Tələbələrdən vaksin pasportu və ya əks göstəriş sertifikatı tələb olunmamalıdır"-Rəşad Mahmudov Hadisə

"Tələbələrdən vaksin pasportu və ya əks göstəriş sertifikatı tələb olunmamalıdır"-Rəşad Mahmudov

“Bu gün bir tələbə vaksin məcburiyyətini qəbul etmədiyi üçün öz imzası ilə tələbə hüququndan imtina edib. Bu xoşagəlməz haldır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.
O bildirib ki, bu məsələni həll etmək vacibdir:
“Tələbə adı daşıyan uşaq gözləyən və süd verən analar vaksin olunmadığı üçün universitetlərə buraxılmır. Vaksin pasportu və ya əks göstəriş sertifikatı tələb olunduğu üçün bu cür problem yaranır. Bu məsələni hansısa formada həll etmək lazımdır. Universitetlərdə bu cür tələbələrin sayı kifayət qədərdir. Həkimlərimiz əks göstəriş sertifakını sağlam şəxsə verə bilmirlər, çünki sabah həmin şəxslərə vaksin olunmadığı üçün nəsə olsa, o zaman hər kəs səhiyyə qurumlarını hədəf alacaqlar. Düşünürəm ki, bu qrupa aid olan tələbələrdə vaksin pasportu və ya əks göstəriş sertifikatı tələb olunmamalıdır”.

Əli