Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
13 Oktyabr 2021 15:52
2 499
Baş Prokurorluqda aparılan islahatlar çərçivəsində qurumun mətbuat xidmətində də islahatlar aparılıb.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.
O bildirib ki, mətbuat xidməti tərəfindən Baş Prokurorluğun sosial şəbəkələrdə səhifələri yaradılıb: "Məqsəd baş verən hadisələrlə bağlı operativ məlumatları ictimaiyyətə çatdırmaqdır. Hər gün müxtəlif vasitələrlə ictimaiyyətə məlumatlar çatdırılır. Həmçinin, ictimaiyyətin maarifləndirilməsi üçün videoçarxlar hazırlanır və kütləvi informasiya vasitələrinə göndərilir. Vətəndaşlar, həmçinin sosial şəbəkələr vasitəsilə Baş Prokurorluğa suallar ünvanlayır, sual və sorğular vaxtında araşdırılaraq ictimaiyyətə təqdim edilir".