Sabah hava yağışlı keçəcək Hadisə

Sabah hava yağışlı keçəcək

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 29-da Abşeronyarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.