20 yaşın mübarək, “Xalq Cəbhəsi”! Hadisə

20 yaşın mübarək, “Xalq Cəbhəsi”!

Azərbaycanın çap mediasında öz dəsti-xətti, mövqeyi ilə seçilən “Xalq Cəbhəsi” qəzeti 20 yaşını geridə qoydu. Amalı Azərbaycanın bütövləşməsi, dövlət və dövlətçiliyə, müstəqilliyimizin qorunub saxlanmasına, millətə, xalqa xidmət olub ki, bu yolda da mətnlə addımlayır. Qəzet bu ağır və məsuliyyətli missiyanı üzərinə götürərək, fəaliyətində heç bir büdrəmə, axsama olmadan dinamik inkişaf edib Çətinliklərə, süni problemlərə, maneəərə baxmayaraq “Xalq Cəbhəsi” ayaqüstə durmağı, sözünü deməyi bacardı. “Xalq Cəbhəsi” qəzet lokomotiv kimi milli mənəvi dəyərlərin, ədəbi-bədii fikrin, mentalitetin formalaşmasında müstəsna xidmətlər göstərib. 20 yaşlı “Xalq Cəbhəsi” Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin cəmiyyətə çatdırılmasında, ictimai fikrin formalaşmasında, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərlə daim diqqəti cəlb edən öncül mətbuat orqanlarındandır. Bu gün Azərbaycan mediasının sayılıb, seçilən simaları arasında “Xalq Cəbhəsi” məktəbinin “şagird”ləri varsa, deməli, bu qəzet bir akademiyadır.

“Xalq Cəbhəsi” haqqında çox yazmaq olar, 20 ilin hər bir ili bir tarixdir, qəzetlərə sığmayan bir tarix. Amma qərara gəldik ki, tarixi biz yox, yaxından, uzaqdan əməkdaşlıq etdiyimiz insanlar, oxucularımız vərəqləsinlər. “Xalq Cəbhəsi” onların gözündə, fikrində necə qalıb. Yeri gəlmişkən, yubiley münasibətilə qəzetimizə göndərilən təbrik məktublarınn hamısını dərc edə bilməsək də, olduğu kimi müəyyən hissəsi ilə sizi tanış etmək istəyirik. Öncə ölkəmizdən başlayaq.

***

- “Xalq Cəbhəsi”qəzeti çap mediasının əsas simalarından biri, özünəməxsus mövqeyi və yeri ilə seçilən mətbu orqanlarından biridir. 20 yaşlı “Xalq Cəbhəsi” milli mövqeyi ilə seçilən media quruluşudur. Təsadüfi deyil ki, bu qəzet bugünümüzə gəlib çata bilib. Peşəkar kollektivə malik olan qəzetin əsas ideologiyası dövlət və dövlətçiliyimizə xidmətdir. Qəzetin 20 yaşını təbrik edir, kollektivə gələcək fəaliyyətdə uğurlar arzulayıram!

Musa Qasımlı (Millət vəkili)

  • Biz elə bir dönəmdə yaşayırıq ki, kimin informasiya istehsalçısı, kimin istehlakçı olmağını dəqiqləşdirmək elə də asan deyil. Yəni səsi olan hər kəs bir ağız da olsa oxuduğu kimi, mobil telefon gəzfirənlərin də əksəriyyəti fürsət düşən kimi informasiya istehlakçısından istehsalçısına çevrilirlər. Amma hər oxuyan müğənni olmadığı kimi, hər xəbər istehsalçısı da jurnalist ola bilməz, ola bilmir də. Müğənninin adi oxuyandan fərqi səsdən necə istifadə etmənin bütün incəliyini bilməsindədir. Jurnalist haqqında da bunu demək olar ki, onun digər xəbər istehsalçılarından fərqi sözlə incədən incə davranmasındadır. Ona görə də, əsl jurnalistika, özəlliklə də qəzetçilik sənət yox, incəsənətdir deyə bilərik. İyrimi illik yubileyini qeyd etdiyimiz "Xalq Cəbhəsi" qəzetində başda dəyərli Elçin Mirzəbəyli olmaqla jurnalistikanı incəsənət səviyyəsinə qaldırmağı bacaran qələm adamları həqiqətən var və bu çox sevindiricidir. Onların hər birini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram!

Sahib Alıyev (Millət vəkili)

  • Fəaliyyəti dövründə öz obyektivliyi, ictimai-siyasi hadisələri düzgün təhlili, operativliyi ilə böyük oxucu auditoriyasının hörmət və ehtiramını qazanmış “Xalq Cəbhəsi” qəzetinin yaradıcı heyətini, qəzetin 20 illiyi münasibətilə rəhbərlik etdiyim partiya və şəxsən öz adımdan təbrik edirəm. “Xalq Cəbhəsi” sayılıb, seçilən qəzetlərdən biridir, məktəbdir. Ölkəmizin media camesində çalışanların 50-60 faizi bu məktəbin yetirməliridirlər. Bu, böyük uğurdur. “Xalq Cəbhəsi” həmişə uğurlara imza atıb. Bundan sonra da atacağına şübhəm yoxdur. Qəzetinizə uğurlar, bütün yaradıcı heyətə isə cansağlığı, obyektiv və səmərəli jurnalist fəaliyyəti arzulayıram.

Fuad Əliyev (ALDP sədri)

- “Xalq Cəbhəsi” qəzeti də mətbuatımızın yükünü çəkən qəzetlərin ilk onluğunda qərarlaşıb. Bu qəzet artıq 20 ildir ki, informasiya savaşının tən ortasında yer alır və Azərbaycanın maraq və mənafelərinə müvəffəqiyyətlə xidmət edir. Mən bir oxucu kimi “Xalq Cəbhəsi” qəzetinin informasiya siyasətini çox bəyənirəm. Çünki bu siyasətin mərkəzində milli maraqlarımız, dəyərlərimiz , tariximiz, gələcək ümumilli hədəflərimizə xidmət etmək məramı dayanır. Qəzetin Güney Azərbaycana, dünya azərbaycanlılarına və bütövlükdə Türk dünyasına xüsusi diqqət ayırması da təqdirəlayiq haldır. Hazırkı informasiya bolluğu və kəskin rəqabət şəraitində “Xalq Cəbhəsi”nin öz oxunaqlığını, tələbatlılığını qoruyub saxlaya bilməsi əlbəttə ki, ilk növbədə 2006-ci ildən bu qəzetə rəhbərlik edən Elçin Mirzəbəylinin müstəsna fədakarlığının nəticəsidir. Bunu ayrıca qeyd etmək lazımdır. Qəzetin kollektivi də media camiəsində öz dəst-xətti ilə seçilən, sözünün çəkisi olan, imzası tanınan jurnalistlərdən təşkil olunub. Məhz onların sayəsində “Xalq Cəbhəsi” 20 ildir ki, bizimlədir, Azərbaycan oxucusunun yanındadır. Biz Milli Həmrəylik Partiyası olaraq baş redaktor Elçin Mirzəbəylini və jurnalist dostlarımızı qəzetin 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, çap və internet media qurumları arasında “Xalq Cəbhəsi” bundan sonra da “Əkinçi”dən, Həsən bəy Zərdabidən başlayan maarifçilik missiyasını, eləcə də Bütöv Azərbaycançılığa, milli birliyə hədəflənən redaksiya siyasətini davam etdirəcək.

Qələminiz yorulmasın! Yubileyiniz mübarək olsun, dostlar!

Əlisahib Hüseynov (MHP sədri)

  • "Xalq Cəbhəsi" qəzeti Azərbaycan mətbuatında önəmli möveqyi olan qəzetlərdən biridir. Ən önəmlisi "Xalq Cəbhəsi" Bütov Azərbaycan ideyasını təbliğ edir. Güney Azərbaycan türklərinin Kuzey Azərbaycandan səsidir. Bundan başqa "Xalq Cəbhəsi" qəzeti hər zaman istedadlı, savadlı gənclərə dəstək olub. Əsasda hazırkı siyasi meydanda yaşlı siyasi şərhçilərin önəmli mövqeyi olduğu bir zamanda "Xalq Cəbhəsi" gənc siyasi şərhçilərə tirbuna verir. Bəndənizin də müsahibə və şərhlərini "Xalq Cəbhəsi" qəzeti yayımlayır. Bu məni sevindirir. Qəzetinin rəhbərliyni və kollektivini təbrik edirəm. "Xalq Cəbhəsi"nə yeni-yeni uğurlar arzu edirəm.

Teymur Qasımlı (Beynəlxalq münasibətlər üzrə analitik)

  • Müasir dövrdə qəzetçiliklə məşğul olmaq böyük fədakarlıq tələb edir. Müasir dövrdə elektron KİV və sosial şəbəkələr həyatımıza nə qədər nüfuz etsələr də, düşünürəm ki, qəzetlər hər zaman əbədiyaşar olacaqdır. Çünki “Əkinçi”dən bu günə gələn qəzetçilik ənənələrimiz özü ilə məntiqli, düşüncürücü, bütün sosial qatlara xitab edən analitik jurnalistikanı da yaşadır. Tələbəlik dövründə ilk dəfə çap olunduğum qəzet səhifəsini gördükdə yaşadığım sevinci bu gün də böyük həyəcanla yaşayıram və mənim üçün qəzetdə dərc olunmaq böyük hörmət və fəxrdir. Hər zaman böyük həvəslə və maraqla dərc olunduğum “Xalq Cəbhəsi” qəzetinin yaradıcı kollektivi artıq 20 ilini qeyd edir. Dəyərli “Xalq Cəbhəsi” qəzetinin dərc olunmasında bütün əməyi keçən şəxsləri 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, Milli mətbuatımızın inkişafı naminə fəaliyyətlərində böyük uğurlar arzulayıram.

İlyas Hüseynov (Politoloq)

- Azad medianın fəaliyyəti ümumilikdə cəmiyyətin səffaflasmasına, inkişafına təkan verir. Bu baxımdan “Xalq Cəbhəsi” qəzeti zəruri missiyanı yerinə yetirərək jurnalistikanın prinsiplərinə sadiq qalıb. Media iqtisadiyyatının formalaşmadığı bu ötən zaman kəsiyində qəzetçilik və ümumilikdə yeni jurnalistikanın mahiyyətini qoruyub saxlamaq, bu müsbət tendensiyanı inkişaf etdirmək gerçəkdən qəliz məsələ idi. “Xalq Cəbhəsi” qəzeti bu çətin missiyanın öhdəsindən gələ bilib. Bu nəşr Azərbaycanda media sahəsində kifayət qədər yeri olan media quruluşuna çevrilə bilib. Cəmiyyətin bütün sahələrinə nüfuz edən bu media quruluşunu təbrik edirəm. Bundan sonra da sükanı möhkəm saxlamağı arzu edirəm. Uğurlar olsun!

Əkrəm Bəydəmirli (ekspert)

- “Xalq Cəbhəsi” qəzeti müstəqil Azərbaycan mediasında öz dəsti-xətti, geniş auditoriyası, operativliyi, obyektivliyi seçilir. 20 illik fəaliyyəti dönəmində geniş oxucu kütləsinin diqqətini çəkən qəzet hər zaman həqiqətin, haqqın, ədalətin carçısı olub, informasiya siyasətində milli maraqları önə çəkib. İdeya-siyasi yönümü milli düşüncəyə, xalq hərəkatına bağlı olan qəzetimiz ictimai-siyasi proseslərə fəal, çevik, effektiv reaksiyası ilə seçilir. Bu səbəbdən, “Xalq Cəbhəsi” siyasi tədqiqatçı və politoloq kimi, ən sıx əməkdaşlıq etdiyim, tez-tez fikir, rəy, münasibət bildirdiyim, aktual sosial-siyasi məsələlərlə bağlı açıqlamalar verdiyim media qurumlarından biridir. Son 20 ildə KİV-in üzləşdiyi müxtəlif çətinliklərə, problemlərə baxmayaraq, bu qəzet ayaqda durmağı, inkişaf etməyi, öz auditoriyasını daha da genişləndirməyi bacarıb. Əminliklə deyə bilərəm ki, ölkəmizin media, mətbuat tarixində bu qəzet ən yeni, modern nəşrlərdən biri kimi xüsusi yer tutur. Qəzetin 20 illik yubileyi münasibəti ilə onun təsisçilərinə, bütün yaradıcı kollektivə yeni uğurlar, nailiyyətlər arzu edirəm. Ən böyük arzum, diləyim odur ki, hər zaman media sükanını möhkəm saxlayaraq, irəlidə, öndə gedəsiniz, ictimai-siyasi həyatda daha böyük uğurlar qazanasınız. Qəzetimizin 30, 40, 50... 100 ... illik yubileylərini birlikdə qeyd etməyi arzulayıram.

Nail Cəlil (siyasi analitik)

***

Onu da qeyd edək ki, “Xalq Cəbhəsi” geniş beynəlxalq əlaqələrə malikdir. Dünyanın dörd bir tərəfinə “Xalq Cəbhəsi”nin səsi çatır, oxunur. Hətta xarici ekspertlər müsahibə və açıqlamalaı dərc olunan qəzetin səhifələrinini sosial şəbəkələrində belə ictimailəşdirilər. Bu qəzetə verilən dəyər, önəmdir. Gəlin əvvəlcə Rusiyanın tanınmış siyasi analitiklərinin fikirləri ilə tanış olaq.

  • Yubiley münasibətilə həmkarlarımı təbrik edirəm. “Xalq Cəbhəsi” nəinki mənim – 40-50 yaşlı nəsil, eləcə də yeni nəslin qəzetidir.Yeni nəsil də bu qəzetlə birgə “böyüyüb”. Qəzetin hər iki nəslin oxucularını qazanması redaksiya kollektivinin professionalığı, peşəkarlığının göstəricisidir. İctimaiyyətə düzgün, qərəzsiz və obyektiv informasiyanı çatdıran qəzet auditoriyanın hörmətini və rəğbətini qazanıb. Belə də davam etməyinizi arzulayıram.

Vitali Arkov (PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert) :

  • Sizin “Xalq Cəbhəsi” nəşrini 20 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Həmkarlarına səmimi qəlbdən gələcək yaradıcıqlaında inkişaf, uğurlar və ən yaxşısını arzulayıram.

İvan Andrianov (Geopolitik Proqnozlar Mərkəzinin analitiki, politoloq)

  • “Xalq Cəbhəsi”nin 20 illik yubileyini təbrik edirəm. Kollektivinizə gələcək işlərində uğurla azulayıram. İndiki zamanda 20 il çap mediasını qoruyub saxlamaq böyük işdir. Bir daha uğurlar olsun.

Aleksandr Hoffmann (Qafqaz Araşdırma Mərkəzinin (“Strategicon”) direktoru)

***

Qəzetin Ukayna ilə əlaqələri 12 il öncə qurulub. Ukaynada fəaliyyət göstərən diaspor təşkilat rəhbərləri, orada yaşayan azərbaycanlıların problemləri, fəaliyyətlərinin işıqlandırılması, eləcə də Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında “Xalq Cəbhəsi”nin böyük xidmətləri olub.

  • “Xalq Cəbhəsi” qəzetini 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Arzu edirəm ki, redaksiya bundan sonra da Azərbaycan jurnalistikasının flaqmanı olaraq qalsın, nəşrlərin keyfiyyətinə, iş standartlarına yüksək tələblər qoysun. Hər nəşr onun iki onilliklər ərzində bazarda olduğunu deyə bilməz, xüsusən də İnternetin bu əsrində. Bununla belə, “Xalq Cəbhəsi” azərbaycanlılar üçün təkcə obyektiv və keyfiyyətli analitika və jurnalistikanın simvolu deyil, həm də qonşu ölkələr üçün Azərbaycanın həyatından bəhs edən gözəl məhsula çevrilib. Bir daha sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Səmimi dostunuz Vitali Kulik ( Vətəndaş Cəmiyyəti Problemləri üzrə Araşdırma Mərkəzinin direktoru)

  • “Xalq Cəbhəsi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda mötəbər, nüfuzlu, ən əsası obyektiv nəşrlərdən biridir. Bu nəşrə vaxtaşırı şərhlər, müsahibələr vermişəm, heç vaxt yersiz və ya axmaq bir suala rast gəlməmişəm. Nəşrə, onun baş redaktoru Elçin Mirzəbəyliyə və bütün kollektivə bundan sonra da uğurlar arzulamaq, indi də müasir xəbər və analitik jurnalistika trendində qalmağı arzulayıram.

Anatoli Pinçuk (Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri)

***

“Xalq Cəbhəsi” təkcə qonşu ölkələrlə deyil, dünyanın yaxın, uzaq aparıcı ölkələri ilə də əlaqə qurub. Dünya və regional siyasi hadisələrə münasibətlə bağlı həmin ölkələrin siyasi çevrələrinin nüfuzlu ekspertlərinə qəzetimizin səhifələrində yer ayırırıq. Eyni zamanda onların imkanlarından yararlanıb, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Qarşılıqlı və faydalı əməkdaşlıqdan hər iki tərəf yararlanır.

- Mən məşhur “Xalq Cəbhəsi” qəzetinin nailiyyətlərini yüksək qiymətləndirirəm və qəzetin nəşrində iki onilliyi başa vurmaq üçün enerji sərf edib, fədakarlıq göstərdiklərinə görə qəzetinin təsisçisini, baş redaktorunu və əməkdaşlarını təbrik edirəm. 1992-ci ildə Sovet İttifaqının kommunist rejimindən müstəqillik qazanmış Azərbaycan kimi bir ölkədə müstəqil nəşrin oxucularına xidmətini davam etdirməsi kiçik uğur deyil. Fürsətdən istifadə edərək Azərbaycan oxucuları üçün müxtəlif mövzularda öz fikrimi, təhlilimi və şərhlərimi dərc etmək imkanı yaratdığına görə, “Xalq Cəbhəsi” qəzetinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İyirmi il çap olunan “Xalq Cəbhəsi” qəzetinə bundan sonra da nəşr olunması və daha çox nailiyyətlər əldə etməsini arzulayıram.

Məhəmməd Pervez Bilgami (siyasi ekspert, Hindistan)

- “Xalq Cəbhəsi”nin 20 illik yubileyi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Sizin fədakarlığınız və zəhmətiniz təkcə Azərbaycan üçün deyil, Pakistan üçün də ilham mənbəyidir. Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti və digər regional məsələlərlə bağlı düzgün, obyektiv, etibarlı məlumatlar verdiyinizə görə sizə təşəkkür edirəm. Yubileyiniz mübarək olsun.

Musavar Hamid Tanoli (Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri)

  • Hörmətli, “Xalq Cəbhəsi” yubileyiniz mübarək olsun. Biz pakistanlı jurnalistlər Azərbaycan mətbuatı ilə sıx əlaqə saxlayırıq. Azərbaycanda medianın çox canlı, aktiv və məlumatlı olduğunu müşahidə etdik. Rəhbərliyin və kollektivin yüksək iş keyfiyyətindən və peşəkarlığından bəhs etmək üçün 20 illik davamlı nəşr kifayətdir. Bu qəzet öz oxucularını ölkə daxilində və xaricdə baş verənlərdən xəbərdar edir. Qəzet son iki onillikdə bir millətin quruculuğu tarixinə nəzər salmış və milli yenidənqurmadan tutmuş vətənin müdafiəsinə qədər hər cür hadisələri qeyd etmişdir. “Xalq Cəbhəsi”nin oxucusu vəəllif yazıları kimi qürur duyuram. Bu qəzet üçün dualar və ən xoş arzularımı bildirirəm. Təbriklərimi qəbul edin.

Hörmətlə, Tazen Aktar (Pakistanın pakistanintheworld.pk və azkaar.com.pk nəşrlərinin redaktoru)

- “Xalq Cəbhəsi” qəzetini 20 illik yubileyi münasibətilə İslam Gəncləri Təşkilatı adından ürəkdən səmimi təbrik edirəm. Bu illər ərzində siz İslam Gəncləri Təşkilatının və Pakistanın Azərbaycanla Əlaqələr Təşkilatının fəaliyyəti ilə bağlı keyfiyyətli və etibarlı xəbərlərlə regionun aparıcı media orqanlarından biri olduğunuzu sübut etdiniz. “Xalq Cəbhəsi” kollektivinə uzunmüddətli dostluğumuza və əməkdaşlığımıza görə təşəkkür edir, gələcək illərdə ona bol-bol uğurlar və firavanlıq arzulayırıq!

Hamad Kakar (İslam Gənclər Təşkilatının prezidenti)

  • İlk nömrəsi 2001-ci il noyabrın 20-də işıq üzü görən “Xalq Cəbhəsi” qəzetini ürəkdən təbrik edir, fəaliyyətinin davamlı olmasını arzulayıram. Fəaliyyət sahəsinin, xüsusən də qardaş Azərbaycan xalqının parlaq qələbəsindən sonra ciddi gücə çevrilən bütün türk dünyasını əhatə etdiyini nəzərə alsaq, bu qəzet həm regional, həm də subregional səviyyədə həmişə uğur qazanıb. Adından xəbər verir ki, “Xalq Cəbhəsi” qəzeti 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox yol keçmiş qardaş Azərbaycan xalqının ruporudur. Bir daha “Xalq Cəbhəsi” qəzetini yubiley münasibəti ilə ürəkdən təbrik edir, ona Vətənin, xalqın rifahı naminə uzun peşəkar karyera arzulayıram. Təbrik edirik!

Məruan Musa Sudah ( akademik, ərəb əsilli İordaniya və Rusiya vətəndaşı)

  • Sizin “Xalq Cəbhəsi” qəzetini yaddaqalan tarix - 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, ötən illər ərzində qəzet özünü həm peşəkar, həm də vətənpərvər nöqteyi-nəzərdən sübut edə bilib. Unutmaq olmaz ki, əziz Azərbaycanda söz azadlığı hüdudsuzdur, lakin mətbuat da insanlar kimi cəmiyyət qarşısında öz məsuliyyətini dərk edir və Azərbaycan dövlətinin bu xoşməramlılığından sui-istifadə etmir, milli dəyərləri və mentaliteti qoruyub saxlayır. “Xalq Cəbhəsi” qəzetinin rəhbərliyini və kollektivini bir daha ürəkdən təbrik edir, sizə daha parlaq tarixlər, gələcəkdə peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram.

Elena Yaroslavovna Nedogina (İordaniyanın məşhur yazıçısı, “Əl-Anbat” qəzetinin yazarı)

  • “Xalq Cəbhəsi” xalqın qəzetidir. Azərbaycan media camesində özünəməxsus yeri, mövqeyi, nüfuzu var. Qəzetin baş redaktoru, tanınmış siyasi analitik Elçin Mirzəbəylinin rəhbəri olduğu qəzetin yeri həmişə zirvələrdədir. 20 il ayaqüstə durmaq böyük hünərdir. Qəzet çap mediasının ənənələrini yaşadır, özü də milli ruhda, azərbaycançılıq ideologiyası, millətinə, xalqına, dövlətinə sədaqətlə xidmət etməklə. “Xalq Cəbhəsi” Bütöv Azərbaycan, millətinin bütövləşməsi, dünyaya səpələnən milyonlarla azərbaycanlını bir bayraq ətrafında birləşməsi uğrunda mübarizə aparır. Bu yolda mətnlə addımlamaqda qəzetin rəhbərliyinə, kollektivinə güc, qüvvət arzulayıram.

Riyaz Sarıkahya (İraq parlamentinin sabiq deputatı, İraq Türkməneli Partiyasının başqanı)

  • Azərbaycan mediasında mövqeyini qoruyub saxlayan, yolunu azmayan, təsir altına düşməyən qəzetlər sırasında “Xalq Cəbhəsi” də var. Bu qəzet həqiqətən də millətinin, xalqının, dövlətinin xidmətindədir. Eyni zamanda informasiya savaşında mübarizdir. Qəzetin hər bir əməkdaşı bu mübarizəyə var gücü ilə qoşulub. 20 yaşın mübarək olsun, “Xalq Cəbhəsi”, gün o gün olsun 50 yaşını qeyd edəsən.

Mardin Gökkaya (İraq Türkmən Cəbhəsinin Siyasi təşkilat başqanı)

***

Qəzetimizə dünyanın hər yerindən təbriklər ünvanlanıb. Okeanın o tayından, Avropa, Mərkəzi, Orta Asiya, Yaxın və Orta Şərq ölkələrindən... Hamısını ictimailəşdirə bilməsək də, diqqətlərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bu da onu sübut edir ki, “Xalq Cəbhəsi” bütün dünya azərbaycanlılarının, millətindən, dinindən, dilindən, irqindən asılı olmayan Azərbaycanı sevənlərin qəzetidir. “Xalq Cəbhəsi” dünyaya körpüdür, axı, dünyanın yolları “Xalq Cəbhəsi”ndə birləşir.

20 yaşın mübarək, “Xalq Cəbhəsi”!

Cavid