Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək
Prezident “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti: Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır
6 Yanvar 2022 14:20
2 359
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 18-ə təyin olunub.
İttihama görə, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub və Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
11:05
980
22 Mart 17:17
1 330
22 Mart 15:09
1 337