Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək
Prezident “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti: Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır
6 Yanvar 2022 18:21
3 276
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin olunub.
Cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.
11:05
1 057
22 Mart 17:17
1 337
22 Mart 15:09
1 344