Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
16 Fevral 2022 14:19
2 674.jpg)
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində ardıcıl işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən 2020-ci ilin dekabr ayında bu istiqamətdə işlərə başlanıb. Ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.
Eləcə də I Qarabağ müharibəsində, Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əliliyi müəyyən olunmuş 75 hərbçinin də 80 ədəd həmin protezlərlə təminatı həyata keçirilib.
Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Bu protezlərlə təminat Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata keçirilir.
Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
25 Oktyabr 16:43
973
25 Oktyabr 13:34
1 071
25 Oktyabr 10:48
1 330