Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 214 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 530, üç və daha çox doza vaksinlərin sayı 34 088, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 418-dir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 720 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 280 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 772 019, üç və daha çox doza vaksinlərin sayı 2 477 911, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 189 902 nəfər təşkil edir.