30 illik işğal dövründə bizim Qarabağda olan mədəni irsimiz vandalizmə məruz qalıb - Anar Kərimov Mədəniyyət

30 illik işğal dövründə bizim Qarabağda olan mədəni irsimiz vandalizmə məruz qalıb - Anar Kərimov

Azərbaycan mədəni irsinin qorunmasına çox həssaslıqla yanaşır.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı heritage.gov.az saytının təqdimatı zamanı çıxışında deyib

Nazir qeyd edib ki, 30 illik işğal dövründə bizim Qarabağda olan mədəni irsimiz vandalizmə məruz qalıb.

“Bu mədəni soyqırımdır. Bu 20-ci əsrin əvvəllərində tarixi torpaqlarımız İrəvan, Zəngəzurda başlamış prosesdir. Aparılan siyasətin məqsədi Azərbaycanın izlərini silməkdir. Onlar bu izləri silə bilər, lakin bizim yaddaşımızı silə bilməzlər. Vətən müharibəsində torpaqlarımızı azad etdikdən sonra bir daha sübut edildi ki, bizim tarixi yaddaşımız var və unutmuruq”, -deyə nazir əlavə edib.