7 Sentyabr 2022 10:48
17 563
Azərbaycanlı estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub.
APA xəbər verir ki, əvvəlcə sənətçi ilə vida mərasimi keçirilib, ardından torpağa tapşırılıb.
Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğu da iştirak edib.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Bir sıra filmlərdə də rol alan sənətçi daha çox "Bəxt üzüyü" filmindəki Se(v)da obrazı ilə yadda qalıb.
O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
09:42
1 050
24 İyun 12:13
1 386
23 İyun 16:20
1 582