24 Noyabr 2022 11:32
6 041
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Payız əfsanələri" respublika incəsənət və rəqs müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi Lalə Useynovanın şagirdləri Aydan Hüseynova Arif Məlikovun "Noktürn", Oktay Xudiyev isə F.Şopenin "e-moll prelyudiya"sını ifa ediblər.
Müsabiqə nəticələrinə əsasən Oqtay Xudiyev II yerə, Aydan Hüseynova isə III yerə layiq görülüb.
19 Mart 12:00
2 387
19 Mart 10:28
2 352
18 Mart 12:38
2 849