Hörmüz boğazında tankerin atəşə tutulması nəticəsində iki dənizçi yaralanıb
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO
30 Dekabr 2022 11:54
10 101
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) gənc istedadlar Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Nərgiz Hüseynzadə, Zərrin Əliyeva, Ülvi Həsənli, Nadir Eyvazov, Samir Əsədov, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Məmmədzadə öz ifalarını dinləyicilərə təqdim ediblər.
Qeyd edək ki, konsert proqramda Bela Bartokun “Rumın rəqsləri”, Astor Piazzollanın “Oblivion”, Antonio Vivaldinin “4 violin üçün Konserti”, Corc Bize Voksmanın “Karmen fantaziyası”, Ağa Əliyevin “Adajio”, Kamil Sen Sansın “İntroduksiya və rondo kapriççiozo” və “Vals formasında etüd”, Pablo de Sarasatenin “Navarra”, Pyotr İlyiç Çaykovskinin “Skertso”, Sərdar Fərəcovun “Skertso”, Reyngold Qlierin “2 pyes”, Rəna Qədimovanın “Prelüd Nostalji” və Tofiq Bakıxanovun “İmpovizasiya” əsərləri səslənib.