Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb Mədəniyyət
- 1 İyun 2023 13:30
- 5 663
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində “Emirates Salon Culinarie” adı altında “Alen Thong Golden Coffee Pot Challenge” beynəlxalq kulinariya çempionatı və bir sıra fərdi kateqoriyalar üzrə yarışlar keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Wordlchefs) və Əmirliklər Kulinariya Gildiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda ölkəmizi 9 nəfərlik heyət təmsil edib.
Azərbaycan Milli Kulinariya Komandasının tərkibində “Wordlchefs”in assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) üzvləri, CASA Kulinariya Məktəbinin gənc məzunları olan Leyla Vəliyeva, Cəlal Məmmədov, Altay Qəribov, Rüfət Mirzəmmədli, Elsevər Ömərov və Kənan Balaşov, eləcə də məşqçi Araz Əhmədov, kapitan Sərxan Məmmədov və beynəlxalq hakim Orxan Muxtarov yer alıblar.
Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının üzvləri həm fərdi, həm də komanda yarışlarında gümüş və bürünc medallar qazanıblar.
Yarışın ən ali kateqoriyası sayılan “Bufet menyusu” üzrə yarışlarda Azərbaycan Milli Kulinariya Komandası salat, dəniz məhsulları, ət məhsulları, qəlyanaltı, duru yemək, çörək və əsas yeməkdən ibarət menyunu təqdim edib.
Beynəlxalq hakimlər heyətinin qərarına əsasən, Azərbaycan Milli Kulinariya Komandası “Bufet menyusu” kateqoriyası üzrə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika regionlarının ən güclü komandaları arasında 2-ci yeri tutaraq gümüş trofey əldə edib. Qeyd edək ki, yarışmada bu ali mükafata cəmi iki ölkə layiq görülüb.
Çempionatın digər kateqoriyaları üzrə fərdi qruplarda isə azərbaycanlı kulinarlar Leyla Vəliyeva, Cəlal Məmmədov və Kənan Balaşov bürünc medal qazanıblar. Bundan əlavə, çempionat çərçivəsində beynəlxalq hakim qismində çıxış edən Orxan Muxtarov kulinariya sahəsinin ən ali rütbələrindən birinə - “Chaîne des Rôtisseura” layiq görülüb.
Qeyd edək ki, ölkəmizin əsas turizm bazarlarından olan BƏƏ-də keçirilən çempionat çərçivəsində təşkil olunan sərgidə Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın qastronomiya destinasiyasını tanıdan stendi qurulub. Stenddə Azərbaycanın əlverişli iqliminin nəticəsində əldə olunan biomüxtəliflik nümunələri təqdim edilib.
- 9 Oktyabr 19:53
- 1 372
- 9 Oktyabr 12:27
- 1 477
- 9 Oktyabr 10:23
- 1 533
-
AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edib
-
“Qarabağın biomüxtəlifliyi” adlı layihənin icrası davam edir
-
Yanğınsöndürənlər təltif edilib
-
"Azercell" iki qızıl mükafata layiq görülüb
-
Nigar Arpadarai: Biz özəl sektoru COP29-a cəlb etmək istəyirik
-
Azərbaycanda 4 mln. dolları kapitalı olan vençur fondu yaradılıb
-
BMT Baş katibinin müavini: COP29 çox vacib platformadır
-
Prezident COP29 öncəsi bəzi media qurumlarında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasından danışıb
-
Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı: Daha cəsarətli addımlara ehtiyac var
-
İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb
-
Prezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
-
Muxtar Babayev: COP29 çərçivəsində Bakı Şəffaflıq Bəyannaməsini qəbul etmək istəyirik
-
“SİMA Token”in onlayn sifarişi mümkün olub
-
Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat aparılıb
-
Baş prokurorun müavini: İşə qəbul müsabiqələrində uğur qazanmış hüquqşünaslar prokurorluq işçilərinin əksəriyyətini təşkil edir
-
Rusiyada uşaqsızlığa görə vergi tətbiq oluna bilər
-
DİN Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının maaşları dəyişib
-
Prezident İlham Əliyev Pre-COP29 tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Bu gün Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir
-
Muxtar Babayev: COP29-u ədalətli həyata keçirmək niyyətindəyik
-
İsrailə casusluq edən iki ərəb saxlanılıb
-
Bakıda Pre-COP29 tədbiri keçirilir
-
Nazir: Dövlət orqanlarının 35%-i ilə təmas rəqəmsallaşdırılıb
-
Postmüharibə dövründə 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
-
Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub
-
Dünya bazarlarında neftin qiyməti cüzi artıb
-
COP28 Prezidenti: Gəlin COP29 zamanı da konsensus əldə edək
-
Rəşad Nəbiyev: Azərbaycanda süni intellektlə bağlı tədqiqatlarda 50% artım gözlənilir
-
Bakı sakininin 14 500 manatı dələduzluqla ələ keçirilib
-
Saymon Stil: COP29 bizə Paris Sazişinin 6-cı maddəsini həyata keçirmək imkanı yaradır
-
Bir gecədə Ukraynanın 92 PUA-sı məhv edilib
-
AYNA: Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
-
AYNA: Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
-
Agentlik sədri: Babək prospektində mağazaların yol probleminin həlli ilə bağlı layihə hazırlanır
-
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
-
BMT Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın
-
Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıb
-
Rusiya indiyə qədər 665 200 hərbçisinin itirib
-
Güclü geomaqnit qasırğası baş verəcək
-
Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Deputat Mehriban Vəliyeva vətəndaşlarla qəbul keçirdi
-
İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb
-
Deputat: Bayden Zelenskinin “qələbə planına” kömək etmək istəmir
-
Metroda sıxlıq: problemi necə aradan qaldırmaq olar?
-
Floridada Milton qasırğası nəticəsində 125 ev dağılıb
-
Urmu gölünün qurumasının nəticələri ağır olacaq - İran rəsmisi
-
Təzə mövsüm, təzə yoluxma - Azərbaycanda COVID19-un yeni variantı yayılıb?
-
Baş nazir Avropa Parlamentini tənqid edib
-
Sumqayıtda 11 gün qabaq maşın vuran şəxs ölüb
-
İsrail ordusunun daha bir əsgəri ölüb
-
Martinikada Fransa zorakılığı
-
Dünya çempionatı: Millimiz yarımfinalda
-
Arda "Fənərbaxça"ya dönə bilər
-
Lavrov Laosa sədər edib
-
Bloomberg: ABŞ İsrailin cavabını məhdudlaşdırmaqla yanaşı, anti-İran sanksiyalarını gücləndirə bilər
-
Rostovda Ukrayna məxsus iki PUA məhv edilib
-
Rusiya ABŞ-ı Kiyevdə “kimyəvi terrorizm” riskləri barədə düşünməyə çağırıb
-
Beyləqanda birmərtəbəli ev yanıb
-
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb