Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyib
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycanla yenilənmiş saziş üzrə işi yekunlaşdırmağın vaxtı çatıb
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib: O, çox pis hərəkət edib
Zelenski Ukraynada seçkilərin keçirilməsinin mümkünlüyündən danışıb
31 Oktyabr 2023 19:17
5 684
"TÜRKSOY Mədəniyyət Nazirliyi ilə birgə festivalın ölkəmizdə keçirilməsinə çox böyük önəm verib. Bu baxımdan biz TÜRKSOY-un rəhbərliyinə minnətdarlığımızı bildiririk".
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasında jurnalistlərə açıqlamasında deyib.
Bu ilin ölkəmizdə bir sıra əlamətdar ildönümləri yadda qaldığını deyən sənətşünas, toplantı çərçivəsində türkdilli ölkələrdə olan teatr və yaradıcılıq, təşkilati, kadr, repertuar problemini, maliyyə təsərrüfatı məsələlərini müzakirə etdiklərini vurğulayıb.
İsrafil İsrafilov bu müzakirələrin TÜRKSOY-a üzv dövlətlərin bir-birinin ədəbiyyatını, dramaturgiyasını tanımaq, əsər, pyes mübadiləsi, rejissorların, səhnə ustadlarının, ayrı-ayrı müəlliflərin əsərlərini bir-birinin səhnələrində çıxarmaq baxımından faydalı olacağını qeyd edib.