Səsi qulaqlarda qalan İLHAMƏ QULİYEVA Mədəniyyət

Səsi qulaqlarda qalan İLHAMƏ QULİYEVA

Deyirdi ki, mən 100 il yaşayacağam, amma 72 yaşında çıxıb getdi. Artıq 8 ildir ki, aramızda yoxdur. Çox hökmlü və inadkar xanım idi. Ətrafında olan müğənniləri öz təsiri altında saxlaya bilir, onların hərəkətlərinə nəzarət edirdi. Şou biznesdə gündəm yaratmağı bacarırdı.
Bir də görürdün ki, hansısa müğənniyə fərqləndirici ad qoyur, hansınasa titul verirdi. Danışanda da elə danışırdı ki, sanki müğənnilərin “xaç anası” idi. Kiməsə barmaq silkələməkdən, hədələməkdən çəkinmirdi...
Axırı… Axırı ömrünü son saniyəsinədək yaşayıb əbədiyyətə qovuşdu. Cənab Əzrail onu da susdurdu. Amma başımızın üstə Allah var, pis oxumurdu ha…
Elə indinin özündə də ara-sıra könlümüzdən onun ifalarını dinləmək keçir...
Hər dəfə ad günü olanda bəzi müğənnilər onu təbrikə tələsirdilər. Kimisi brilliant üzük, sırğa, kimisi də müxtəlif qiymətli hədiyyələr verirdi
2016-cı ilin fevralın 25-dən Bərzəxdədir. İsrafilin SURu səsləndirəcəyi günü gözləyir…
Yeri cənnətdə müğənnilər üçün ayrılmış guşədə olsun!

Elman Eldaroğlu