“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
5 Noyabr 2024 22:26
7 861
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, layihənin ikinci günü Bülbül ənənələrini davam etdirən Bülbül Vokal Məktəbinin tələbələri konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun "Vətənimdir", "Gözlə məni", Asəf Zeynallının "Ölkəm", "Sual" romansları, V.A.Motsartın "Fiqaronun toyu" operasından Suzannanın ariyası, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları "Bağçada güllər", "Səndən mənə yar olmaz", italyan əsərləri səsləndirilib.
Konsert proqramında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu iştirak edərək öz səmimi arzularını iştirakçılara çatdırıb.
18 Sentyabr 21:12
630
18 Sentyabr 16:45
742
18 Sentyabr 15:40
854