“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
9 Yanvar 2025 12:08
7 455
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq Musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları keçirilib.
Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.
Sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.
17 Mart 16:04
1 274
17 Mart 13:55
1 372
17 Mart 12:34
1 365