“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”
9 Dekabr 20:46
9 Dekabr 20:46
9 Dekabr 20:45
9 Dekabr 20:39
9 Dekabr 20:39
Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib
Tramp qumar uduşlarına tətbiq edilən vergini ləğv etmək barədə düşünəcək
ABŞ 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanın ləğv edib
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər - YENİLƏNİB
Qusarda yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub
18 Aprel 09:32
5 789
Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, teatrsevərlərlə görüşəcək yeni səhnə işinin qəhrəmanları mərhəmətli Müqəvva, xilaskar Ağac və yaralı leylək Aykodur.
Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanan birhissəli uşaq tamaşasının ana ideyası təbiətə sevgi və canlılar arasındakı sədaqət hissidir.
Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Musiqi tərtibatlı tamaşada təbiət və insan tandemi, daha doğrusu, tamaşada baş verən hadisələr fonunda qəhrəmanların fərdi xarakterik xüsusiyyətləri ön plana çıxır.
Belə ki, biz bu dəfə şaxtadan donmuş, qurumuş ağacı xilaskar, tarlada tərk edilmiş Müqəvvanı həyatsevər, hiyləgər Tülkünü təbib, dağıdıcı Küləyi sirdaş kimi görürük.
Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir və illərlə qoruduğu əkin sahəsini tərk edir.
Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leylək Aykonu sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Ayko nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq leylək qatarı da havada görünür və quşcuğaz dostlarına qoşulub uçur.
Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.
Birhissəli uşaq tamaşasında personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca leylək Ayko), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.
9 Dekabr 18:47
1 120
9 Dekabr 17:44
1 141
9 Dekabr 13:16
1 239

