10 Avqust 18:15
10 Avqust 18:10
10 Avqust 17:57
08:29
343
Vaşinqtonun sanksiyaları artırmağa əl atmaq vərdişinin təhlükəli bir asılılıq olduğunu İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "X" sosial şəbəkəsində yazıb.
"Vaşinqton diplomatiyaya sadiq qalmaq iqtidarında olmadığını göstərdiyi hər dəfə sanksiyalara əl atır, bu sanksiyalar nəticə vermədikdə isə sadəcə dozanı artırır. Bu artıq siyasət deyil, vərdişdir və daha da təhlükəlisi, təfəkkürü əvəz etmiş bir asılılıqdır", — deyə o, bildirib.
Bəqayi qeyd edib ki, ABŞ Maliyyə naziri Skott Bessentin ABŞ-nin iqtisadi sanksiyalarla "İranın boğazından yapışmağa" nail olması barədə bu yaxınlarda verdiyi bəyanat "Amerikanın sanksiyalardan qarşısıalınmaz asılılığının bariz sübutudur".
"İran onilliklər ərzində bu çeynənmiş ifadələrlə onu boğmağın mümkün olmadığını göstərib. Real risk ondadır ki, amerikalı siyasətçilər bu pis vərdişdən yapışaraq, əvəzində özlərinin yaratdıqları böhrandan daha az təhqiramiz çıxış yolu üçün qalan şanslarını boğurlar", — deyə İran XİN nümayəndəsi hesab edir.
Məryəm Quliyeva