İsrail və Livan arasında növbəti danışıqlar raundunun tarixi məlum olub Dünya

İsrail və Livan arasında növbəti danışıqlar raundunun tarixi məlum olub

İsrail və Livan arasında yeni danışıqlar raundu sentyabrın əvvəlinə planlaşdırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "The Times of Israel" nəşri yazır.

"ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti raundu sentyabrın əvvəlində baş tutacaq", — deyə adının çəkilməsini istəməyən rəsmi şəxs nəşrə bildirib.

Bununla yanaşı, mənbə ötən həftə başa çatan növbəti raundun "çox rahat keçmədiyini" etiraf edib. Çünki Livan İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) ölkənin cənubundan əlavə qoşun çıxarmasında təkid edir, İsrail isə ilk növbədə "Hizbullah"ın tərk-silah olunduğuna tam əmin olmağın vacibliyini vurğulayır.

Mənbə əlavə edib ki, tərəflər paralel olaraq İsrail və Livan vətəndaşlarının qalıqlarının müəyyənləşdirilməsi və geri qaytarılması üzrə də danışıqlar aparırlar.

Xəbər verildiyi kimi, Livan-İsrail danışıqlarının növbəti raundu ötən cümə axşamı Romada başa çatıb. ABŞ Dövlət Departamenti bu danışıqları məhsuldar adlandırıb.

"Livan və İsrail 'pilot zonalar' ilə bağlı prosesin irəlilədilməsi və genişləndirilməsi üzrə razılaşmanın əldə olunmasına daha da yaxındırlar", — deyə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott qeyd edib.

Məryəm Quliyeva