10 Avqust 18:15
10 Avqust 18:10
10 Avqust 17:57
08:40
406
Kolumbiyada bazar ertəsi səhər saatlarında baş verən zəlzələ nəticəsində azı 111 nəfər həlak olub, 87 nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin məlumatlarına istinadən "The Guardian" məlumat yayıb.
"Ən azı 111 nəfər həlak olub, 87 nəfər xəsarət alıb", — məlumatda deyilir.
Qeyd olunur ki, zəlzələ 1600-ə yaxın binaya ziyan vurub, onlardan azı 61-i tamamilə uçub.
"Birinci dərəcəli vəzifə uçqunlar altında qalan insanların xilas edilməsidir", — Kolumbiya Prezidenti Abelardo de la Espriyelya bildirib.
Bu arada CNN xilasetmə işlərinin davam etdiyini qeyd edir. Zərər çəkən binalar arasında Kalidəki xəstəxananın pediatriya və neonatal bölmələri də var.
Kolumbiyanın Vitse-prezidenti Xose Manuel Restrepo bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasını koordinasiya edən birgə komandanlıq məntəqəsinə rəhbərlik etmək üçün ən çox zərər çəkmiş ərazilərdən biri olan Kaldas departamentindəki Manisales şəhərinə yola düşür.
"Qarşılaşdığımız bu çətin məqam həmrəylik və fəaliyyət tələb edir", — Restrepo vurğulayıb.
Məryəm Quliyeva