Körfəz ölkələri İranın Hörmüz üzərində nəzarətini qəbul etməyə hazırdırlar Gündəm

Körfəz ölkələri İranın Hörmüz üzərində nəzarətini qəbul etməyə hazırdırlar

Fars körfəzi dövlətləri İranın Hörmüz boğazında gəmiçiliyə daimi əsasda nəzarət edəcəyi reallığını qəbul etməyə başlayırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazır.

Nəşrin məlumatına görə, İslam Respublikasının Fars körfəzindəki rəqibləri Oman və İranın işləyib hazırladığı Hörmüz boğazından gəmilərin keçid mexanizmindən narazıdırlar. Lakin onlar anlayırlar ki, belə bir saziş ABŞ və İran arasında hərbi əməliyyatların davam etməsindən — regionun energetika infrastrukturu üçün təhlükə yaradan ssenaridən daha üstündür.

Bununla yanaşı, Körfəz ölkələrinin nümayəndələri "İranla bağlanacaq hər hansı bir sazişin raket proqramına" və Tehranın dəstəklədiyi silahlı qruplaşmalar məsələsinə toxunmayacağı ehtimalı ilə də barışıblar.

Məryəm Quliyeva