“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
1 Oktyabr 2025 14:30
5 684
Azərbaycan ilə Qətər arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Kitab sərgisi həm Azərbaycanın zəngin mədəniyyətini, həm də Qətərin tarixi və müasir irsini təqdim edən mühüm platformadır. Bu cür tədbirlər xalqlar arasında qarşılıqlı hörməti və dostluğu daha da möhkəmləndirir.
Bu fikirləri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-a müsahibə verən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri deyib. Diplomat vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, mədəniyyət, təhsil və digər humanitar sahələrdə də genişlənir.
“Bu gün keçirilən sərgidə Qətərin fəxri qonaq kimi iştirak etməsi bizim üçün böyük qürurdur. Bu, ölkəmizə göstərilən etimadın və Azərbaycanla aramızdakı sarsılmaz dostluğun göstəricisidir. Qətərdə nəşriyyat və poliqrafiya sahəsinə, kitabxanaların inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın daha da güclənəcəyinə inanılır”, - deyə səfir əlavə edib.
4 İyun 10:56
1 421
2 İyun 20:00
9 926
1 İyun 18:57
2 331