“Bild”: Rusiya dronları Qara dənizdə Almaniyaya məxsus yük gəmisinə hücum edib
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanıldı
Malayziyadan gətirilən bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
17:49
434
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb.
Qurumdan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (16% artım), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (18% artım) səfər edib.
Bu ilin iyul ayında isə ümumi sərnişindaşımada (951 mindən çox) 15% artım qeydə alınıb. İyulda Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12% artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5% artaraq 57 840 nəfərə çatıb.