Vernidub “Neftçi”nin avrokubok fiaskosunun səbəbini açıqladı: VİDEO İdman

Vernidub “Neftçi”nin avrokubok fiaskosunun səbəbini açıqladı: VİDEO

“Dinamo”ya uduzub mərhələni keçə bilməməyimizə görə məsuliyyət tamamilə mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Niyə belə alındığını dəqiq izah etmək indi mənim üçün çətindir”.

Bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Ukraynalı mütəxəssis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bolqarıstanın “Dinamo” klubuna məğlub olaraq mübarizəni dayandırmalarının səbəblərini açıqlayıb.

“Bu, nə futbolçuların fiziki vəziyyəti, nə də başqa hansısa səbəblə bağlı idi. Məncə, bu məğlubiyyət daha çox psixoloji hazırlıq və mentalitetlə əlaqədar idi. Bizdə çatışmayan əsas amil də məhz bu oldu. 8-ci dəqiqədə hesabda 2:0 öndə olduğumuz halda oyunu 2:4 hesabı ilə uduzduğumuza hələ də inana bilmirəm. Düşünürəm ki, siz də həmin matçı izləyib buraxdığımız qolları görmüsünüz. O dörd qolun hamısı uşaq səhvləri nəticəsində vuruldu. Nə az, nə çox – məhz belə.

Bu futbolçuların bir çoxunun əvvəllər belə turnirlərdə çıxış etmədiyini bilirəm. Bu cür yarışlar Azərbaycan çempionatından tamamilə fərqlənir. Bunu qətiyyətlə deyə bilərəm. Növbəti mərhələyə yüksələ bilməməyimizə görə çox məyusam və bu mənim üçün çox ağrılıdır. Biz ilk oyunda sanki məğlub olmaq üçün əlimizdən gələni etdik və nəticədə 2:4 hesabı ilə uduzduq”.

Ətraflı video: