16:45
406
Ukraynanın cənubunda, Odessa sahillərində növbəti gəmi zədələnib. Gəmidə yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.
Daha əvvəl hava həyəcanı siqnalı fonunda Odessada partlayış baş verdiyi bildirilirdi.
Həmçinin məlum olub ki, Odessada raket "Çernomorets" stadionuna düşüb. Yerli kanalların verdiyi məlumata görə, binanın damı zədələnib, xəsarət alanlar var.
Məryəm Quliyeva