Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib İqtisadiyyat

Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib

2026-cı ilin yanvar-iyun aylarında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib.

Maliyyə Nazirliyi xəbər verir ki, hesabat dövründə 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.

Onlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32 təşkilatda isə plandankənar yoxlamalar çərçivəsində aparılıb.

Bununla yanaşı, ilkin maliyyə nəzarəti tədbirləri nəticəsində 2,6 milyon manat məbləğində vəsait itkisinin qarşısı alınıb.